25 
Sen
2020
13:30
19
134
3447
Virtual karabakh

Rumınlar azərbaycanlı hakimdən narazı qaldılar - VİDEO

25 Sen, 2020
13:30
3447

Rumınlar azərbaycanlı hakimdən narazı qaldılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rumıniyanın “Styaua” klubu azərbaycanlı referi Əliyar Ağayevin idarəçiliyindən narazı qalıb.

Buxarest klubunun idman direktoru Mihay Stoyka Rumıniya mətbuatına açıqlamasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Slovan”la (Çexiya) oyununda Ə.Ağayevin onlara qarşı haqsızlıq etdiyini bildirib.

Stoyka bildirib ki, 14-cü dəqiqədə Ovidiu Perianuya simulyasiyaya görə sarı vərəqə verilməməli idi. Rumınlar əksinə həmin epizodda Liberets klubunun qapısına penalti təyin edilməli olduğunu iddia edir.

Həmçinin, bundan altı dəqiqə sonra mərkəz müdafiəçisi Ştefan Kanenin birbaşa qırmızı vərəqə ilə qovulması da narazılığa səbəb olub. Mihay Stoyka həmin epizodda ikili mübarizənin olduğunu bildirib.

Qeyd edək ki, bu matçda “Slovan” səfərdə 2:0 qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri