25 
Sen
2020
14:52
40
65
2271
Virtual karabakh

Beyl ilk dəfə “Real”dan getməsindən danışdı

“Tottenhem”in hücumçusu Qaret Beyl ilk dəfə “Real”dan ayrılması barədə danışıb.

Bu barədə “Çempionat” yazıb.

“Heç nəyə görə təəssüflənmirəm. Sadəcə, futbol oynamaq istəyirəm, ətrafda danışılanları isə idarə edə bilmərəm. Kim nə deyirsə, bu, onların öz işləridir.

Mən özüm barədə fikrimi bilirəm, mənim ailəm kim olduğumu bilir və məni yalnız bu narahat edir. Başqa mədəniyyətə sahib ölkəyə gedəndə mən şəxsiyyət kimi böyüməli idim. Fərqli vəziyyətlərdə necə davranmalı olduğunu öyrənirsən.

Ciddi təzyiq altında oldum, tribunalar məni fitə basdı. Odur ki, mən bu cür halların öhdəsindən gəlməyi, onları ciddiyə almamağı və ürəyimə yaxın buraxmamağı öyrəndim. Bu, mənim sevdiyim şey – futboldur. Mən, sadəcə, özümü futbola verməliyəm”, - deyə Q.Beyl bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri