25 
Sen
2020
17:17
21
62
2155
Virtual karabakh

İngiltərədə baş tutmayan London derbisinin qalibi elan olundu

İngiltərə Kubokunun 1/16 final mərhələsinin London derbisi olan “Leyton Orient” – “Tottenhem” matçında meydan sahibinə texniki məğlubiyyət verilib.

İngiltərə Futbol Liqasının saytı xəbər verir ki, bu turnirin qaydalarına görə, sentyabrın 29-da 1/8 finalda “Çelsi”nin rəqibi “Tottenhem” olacaq.

Səbəb III divizion klubu “Leyton Orient”in bir neçə futbolçusunda koronavirus testlərinin pozitiv çıxması və bu səbəbdən oyunun baş tutmamasıdır.

Təqvimin sıxlığı nəzərə alınaraq, İngiltərə Futbol Liqası “Tottenhem”in növbəti mərhələyə vəsiqə qazanması barədə qərar çıxarıb.

“Leyton Orient”in baş məşqçisi Ross Embleton buna görə məyus olduqlarını, ancaq bu komandanın çətin gündə toparlana biləcəyini bildirib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri