25 
Sen
2020
21:30
73
123
7127
Virtual karabakh

“Qarabağ” məğlubiyyətdən son anda qaçdı - VİDEO

25 Sen, 2020
21:30
7127

“Qarabağ” məğlubiyyətdən son anda qaçdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib.

Turun ilk günündə yeganə matçı Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilib. Ardıcıl iki qələbə ilə liderliyə şərik olan “Sumqayıt” öz meydanında “Qarabağ”ı qəbul edib.

Uğursuzluq zolağında olan Qurban Qurbanovun yetirmələri bu oyunda da qələbəyə həsrət qalıblar. Ötən mövsüm yeganə məğlubiyyətini Ayxan Abbasovun yetirmələrindən alan son çempionun bu dəfə də üç xal qazana bilməyiblər.

Meydan sahibləri oyunda iki top fərqi ilə önə çıxsalar da, sonradan toparlanan “Qarabağ” əzmkarlıq göstərərək oyun əlavəedilmiş dəqiqələrdə bərabərliyə nail olub.

Qeyd edək ki, sabah “Səbail” – “Sabah” və “Keşlə” – “Zirə”, ertəsi gün “Neftçi” – “Qəbələ" oyunu keçiriləcək.

Azərbaycan Premyer Liqası
IV tur
25 sentyabr 

“Sumqayıt” – “Qarabağ” - 2:2
Qollar:
 Əli Qurbani, 52, Camaləddin Xocaniyazov, 54 - Kvabena Ovusu, 59, Filip Ozobiç, 90+5

Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri