28 
Sen
2020
14:00
167
293
5140
Virtual karabakh

UFC Həbib Nurməhəmmədovun növbəti döyüşünün anonsunu verdi - VİDEO

28 Sen, 2020
14:00
5140

UFC Həbib Nurməhəmmədovun növbəti döyüşünün anonsunu verdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UFC Həbib Nurməhəmmədovun növbəti döyüşünün anonsunu verib.

Bu barədə UFC-nin rəsmi “Instagram” səhifəsi rusiyalı məğlubedilməz döyüşçü ilə amerikalı Castin Qeyci arasında baş tutacaq qarşılaşmanın anonsunu yayıb.

Belə ki, döyüş UFC-254 turniri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki “Döyüş adası”nda keçiriləcək. Döyüş gecəsi oktyabrın 24-də baş tutacaq.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

[ #UFC254 #InAbuDhabi @VisitAbuDhabi ]

A post shared by ufc (@ufc) on

Qeyd edək ki, Həbib Nurməhəmmədovun son döyüşü ötən ilin sentyabrında amerikalı Dastin Poryeyə qarşı olub. Onun aktivində 28 qələbə var.

Castin Qeyci isə mayda Nurməhəmmədovun BƏƏ-yə pandemiya ilə əlaqədar uça bilməməsi səbəbindən onun yerinə Toni Ferqyusonla qarşılaşıb və qalib gəlib. Ona görə hazırda Qeyci yüngül çəkidə müvəqqəti çempionluq kəmərini özündə saxlayır. Onun aktivində 22 qələbə və iki məğlubiyyət var.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri