29 
Sen
2020
02:45
257
89
5747
Virtual karabakh

“Liverpul” “Arsenal”a mövsümdə ilk məğlubiyyətini yaşatdı - VİDEO

29 Sen, 2020
02:45
5747

“Liverpul” “Arsenal”a mövsümdə ilk məğlubiyyətini yaşatdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının III turunun mərkəzi görüşü baş tutub.

“Liverpul” öz meydanında Superkubok matçında uduzduğu “Arsenal”ı qəbul edib. Görüş son İngiltərə çempionunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Baxmayaraq ki, hesabı açan tərəf qonaqlar olub. “Arsenal”dan fransalı Aleksandr Lakazetin qoluna (25-ci dəqiqə) “Liverpul” seneqallı Sadio Mane (28), şotlandiyalı Endryu Robertson (34) və portuqaliyalı Dioqu Jota (88) ilə cavab verib.

Qeyd edək ki, 80-ci dəqiqədə Sadio Manenin yerinə daxil olan Dioqu Jota “Liverpul” forması ilə Premyer Liqada ilk oyunundaca fərqlənməyi bacarıb.

Bildirək ki, 23 yaşlı cinah hücumçusu 10 gün əvvəl “Vulverhempton”dan 41 milyon funta transfer edilib.

Günün digər matçında da London klubu uduzub. Belə ki, “Aston Vila” səfərdə “Fulhem”dən üstün olub – 3:0.

Beləliklə, Premyer Liqada ilk məğlubiyyətini alan “Arsenal” altı xalla V, doqquz xalla maksimum nəticə göstərən “Liverpul” “Everton”la birgə II-III pillələri bölüşdürür. “Liverpul” yalnız top fərqində lider “Lester”dən geri qalır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri