29 
Sen
2020
08:29
611
41
4151
Virtual karabakh

Komada olan yeniyetmə Tottinin səs yazısını dinləyərək həyata qayıdıb - FOTO

29 Sen, 2020
08:29
4151

Komada olan yeniyetmə Tottinin səs yazısını dinləyərək həyata qayıdıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya futbolunun canlı əfsanəsi Françesko Totti uzun müddət komada olan gənc idmançını ziyarət edib.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, F. Tottinin fanatı olan gənc futbolçu İlenia Matilli 2019-cu ilin dekabr ayında ağır yol nəqliyyat hadisəsi keçirib və komaya düşüb. 

Valideynləri F.Tottiyə müraciət edərək qızına ünvanlanan şəxsi səs yazısını onlara göndərməyi xahiş ediblər.

Valideynləri komada olan övladlarına sabiq “Roma”lı futbolçunun müraciətini dinlədiblər.

Uzun çəkən müalicədən sonra İ.Matilli komadan çıxıb.

Bu münasibətlə 44 yaşlı sabiq futbolçu fanatını xəstəxanada ziyarət edib ona tezliklə tam sağalıb ayağa qalxmağı arzu edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri