29 
Sen
2020
13:25
552
28
4521
Virtual karabakh

Erməni təxribatının qarşısını almaq üçün Polşadakı matça xüsusi nümayəndə təyin edildi

29 Sen, 2020
13:25
4521

Erməni təxribatının qarşısını almaq üçün Polşadakı matça xüsusi nümayəndə təyin edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA AFFA-nın müraciətinə əsasən Avropa Liqasının pley-off mərhələsinin “Leqiya” – “Qarabağ” oyununa xüsusi olaraq təhlükəsizlik üzrə nümayəndə təyin edib.

Bu barədə AFFA-nın saytında yayılan açıqlamada bildirilir. 

Son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətlər nəzərə alınaraq, AFFA “Leqiya” – “Qarabağ” oyunu ilə əlaqədar UEFA-ya müraciət ünvanlamışdı.

Müraciətdə UEFA Avropa Liqası turnirinin qrup mərhələsində ötən ilin oktyabrın 3-də Lüksemburqda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılıb. 

Bildirilib ki, “Leqiya” – “Qarabağ” oyununda ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA tərəfindən qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşılması vacibdir. Buna görə də UEFA oktyabrın 1-də Polşanın paytaxtı Varşavanın “Voyska Polskieqo” stadionunda keçiriləcək matça xüsusi olaraq təhlükəsizlik üzrə nümayəndə təyin edilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri