30 
Sen
2020
07:10
390
53
3516
Virtual karabakh

Didye Droqba UEFA tərəfindən mükafatlandırılacaq

30 Sen, 2020
07:10
3516

Didye Droqba UEFA tərəfindən mükafatlandırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çelsi” və Fil Dişi sahili millisinin sabiq hücumçusu Didye Droqba UEFA Prezidentinin mükafatını alacaq.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

D. Droqbaya xüsusi mükafat Çempionlar Liqasının qrup mərhələsinin püşkatması mərasimində təqdim ediləcək.  

Xatırladaq ki, UEFA Prezidentinin xüsusi mükafatı qazanılan yüksək nailiyyətlərə, peşəkarlığa və müstəsna şəxsi keyfiyyətlərə görə verilir.

“Didye karyerası ərzində qazandığı yüksək nailiyyətlərlə milyonlarla futbol azarkeşinin qəhrəmanına çevrilib. O, lider və pionerdir. Mən onun texnikasını, fiziki gücünü və futbolçu düşüncəsini həmişə xatırlayacağam. Ancaq hər şeydən əvvəl onun uğur qazanmaq həvəsini qeyd edərdim və onun bu xüsusiyyəti indi də başqalarına yardım edir”, - deyə UEFA-nın Prezidenti Aleksandr Ceferin bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri