30 
Sen
2020
05:15
493
50
5743
Virtual karabakh

“Ararat-Armeniya”ya İrəvanda oynamağa icazə verilmədi

30 Sen, 2020
05:15
5743

“Ararat-Armeniya”ya İrəvanda oynamağa icazə verilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının pley-off mərhələsinin “Ararat-Armeniya” (Ermənistan) – “Srvena Zvezda” (Serbiya) oyunu İrəvanda keçirilməyəcək.

Buna səbəb Ermənistanın Azərbaycanla münaqişədə olması və ölkədə hərbi vəziyyətin elan olunmasıdır. Halbuki ermənilər Serbiya çempionunun İrəvana gəlməsi üçün təhlükəsizliklə bağlı təminat verəcəklərini açıqlamışdı.

Lakin UEFA bunu qəbul etməyib. Bu səbəbdən oktyabrın 1-də keçirilməli olan görüşün Kiprin paytaxtı Nikosiyadakı “GSP Arena” stadionunda keçirilməsinə qərar verib.

Qeyd edək ki, bu ay “Qarabağ”ın Norveç çempionu “Molde” ilə Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutmalı olan görüşü də neytral ölkə kimi Kiprə salınmışdı. Lakin həmin görüş Larnaka şəhərinin “AEK Arena” stadionunda baş tutmuşdu.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri