30 
Sen
2020
02:20
381
47
6304
Virtual karabakh

“Qarabağ”ı penaltilərdə məğlub edən komanda Çempionlar Liqası ilə vidalaşdı

30 Sen, 2020
02:20
6304

“Qarabağ”ı penaltilərdə məğlub edən komanda Çempionlar Liqası ilə vidalaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

İlk gün üç oyun keçirilib. III təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Molde” səfərdə Macarıstanın “Ferentsvaroş” klubu ilə heç-heçə edib - 0:0. Norveçdə keçirilən ilk oyun 3:3 hesablı bərabərliklə bitdiyi üçün Macarıstan təmsilçisi səfər qolları ilə qrup mərhələsinə yüksəlib.

Yunanıstanın “Olimpiakos” klubu Kipr təmsilçisi “Omoniya”nı, Kiyev “Dinamo”su isə Belçika “Qent”ini mübarizədən kənarlaşdırıb və qrup mərhələsinə adlayıb.

Pley-off mərhələsinin cavab oyunlarına sabah yekun vurulacaq.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

29 sentyabr

“Omoniya” (Nikosiya, Kipr) – “Olimpiakos” (Yunanıstan) - 0:0
İlk oyun – 0:2

“Ferentsvaroş” (Macarıstan) – “Molde” (Norveç) - 0:0
İlk oyun – 3:3

“Dinamo” (Kiyev, Ukrayna) – “Qent” (Belçika) 3:0
İlk oyun – 2:1.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri