Okt
2020
00:47
2403
55
7979
Virtual karabakh

Qurban Qurbanov: “Futbolçularımı yox, əsgərlərimi təbrik edirəm”

2 Okt, 2020
00:47
7979

Qurban Qurbanov: “Futbolçularımı yox, əsgərlərimi təbrik edirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində “Legiya” üzərindəki qələbəyə (3:0) şərh verib.

O, futbolçularını “əsgər” adlandırıb:

“Əvvəla, futbolçuları yox, əsgərlərimi təbrik edirəm. Çünki bu gün əsgər kimi idilər.

“Legiya” yaxşı komandadır, amma oyun sistemini dəyişib. Düşünürəm ki, 3:0 hesabı bu matçın gedişatını tam əks etdirmir, çünki “Legiya” nəticənin göstərdiyindən daha yaxşı komandadır. Sadəcə, son vaxtlar Polşa komandasında çox dəyişikliklər edilib. Əsgərlərimi, futbolçularımı təbrik etmək, rəqibə və məşqçisinə uğurlar arzulamaq istəyirəm. Nəticədən çox məmnunam”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri