Okt
2020
01:22
541
836
8300
Virtual karabakh

Rövnəq Abdullayev “Qarabağ”ı təbrik etdi

2 Okt, 2020
01:22
8300

Rövnəq Abdullayev “Qarabağ”ı təbrik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovla telefonla danışıb.

Qurumun rəsmi saytının məlumatına görə, assosiasiya rəhbəri Avropa Liqasının pley-off mərhələsində Varşavada Polşa təmsilçisi “Legiya” ilə keçirilən oyundan sonra Azərbaycan çempionunu qələbə münasibətilə təbrik edib.

R. Abdullayev telefon danışığı zamanı möhtəşəm qələbə, növbəti dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanması münasibətilə Ağdam təmsilçisinin bütün üzvlərini Azərbaycan futbol ailəsi adından təbrik edib. O, həmçinin “Qarabağ”a qrup mərhələsində uğurlar arzulayıb.

Qeyd edək ki, 3:0 hesablı qələbə qazanan “Qarabağ”ın qrup mərhələsindəki rəqibləri oktyabrın 2-də atılacaq püşkatmada müəyyənləşəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri