Okt
2020
23:50
1327
44
9905
Virtual karabakh

“Qarabağ”dan Türkiyə və İsrail klubları ilə bağlı maraqlı paylaşım - FOTO

Məlum olduğu kimi, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində “Vilyareal” (İspaniya), “Makkabi” (Təl Əviv, İsrail) və “Sivasspor”la (Türkiyə) qarşılaşıb.

“Qarabağ” Türkiyə və İsrail klubları ilə bağlı maraqlı paylaşım edib.

Ağdam komandası sosial şəbəkə hesabında “Can Türkiyəyə gəlməyimizi səbrsizliklə gözləyirik” yazıb.

“Sivasspor” isə “Qarabağ”a maraqlı cavab verib. Sivas təmsilçisinin cavabı belə olub: “Can qardaşlarımız, sizi Sivasda qəbul etməyi dörd gözlə gözləyirik”.

Yeri gəlmişkən, “Qarabağ” İsrail çempionunun rəqib olmasına da maraqlı yanaşma nümayiş etdirib:

“Hər zaman ərazi bütövlüyümüzü dəstəkləyən bir ölkənin komandası ilə eyni qrupda yer almaqdan qürur duyuruq”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri