10 
Okt
2020
17:30
129
380
4543
Virtual karabakh

“Arsenal” Özil ilə müqaviləni vaxtından əvvəl ləğv etmək istəyir

10 Okt, 2020
17:30
4543

“Arsenal” Özil ilə müqaviləni vaxtından əvvəl ləğv etmək istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Arsenal” Özil ilə müqaviləni vaxtından əvvəl ləğv etmək istəyir. Oyunçu 14 milyon avro tələb edir.

“Daily Mail” xəbər verir ki, İngiltərənin “Arsenal” klubu Məsut Özil ilə müqaviləni vaxtından əvvəl ləğv etməyi planlaşdırır.

Mənbə bildirir ki, ingiltərəlilər Özil ilə müqavilənin ləğvi barədə növbəti oyun mərhələsinin başlamasından əvvəl danışıqlar aparmağı planlaşdırır. Lakin Özil müqavilənin vaxtından əvvəl ləğvi üçün qeyd olunan 14 milyon avroya yaxın vəsaiti tələb edir.

Qeyd edək ki, Özil sonuncu dəfə meydana martın 7-də çıxıb. “Arsenal”a 2013-cü ilin sentyabrında “Real Madrid”dən transfer olunub. Oyunçunun kluba transfer məbləği 47 milyon avro olub. Ötən mövsüm 31 yaşlı yarımmüdafiəçi 18 qol vuraraq oyunlarda iştirak edib (əsas komandada). Alman yarımmüdafiəçisi “Real Madrid”, “Verder”, həmçinin “Şalke-04”də oynayıb. Futbolçunun klubla müqavilə müddətinin 2021-ci ildə bitməsi gözlənilirdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri