11 
Okt
2020
22:00
1494
44
7042
Virtual karabakh

Millimiz Kiprlə matça qara sarğı ilə çıxacaq

11 Okt, 2020
22:00
7042

Millimiz Kiprlə matça qara sarğı ilə çıxacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimiz Avropa Millətlər Liqasının C liqasının Kiprlə oyununa qara sarğı ilə çıxacaq.

Bu barədə AFFA-dan  məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 13-də Kipr millisinə qarşı keçirəcəyi oyuna qara sarğı ilə çıxacaq.

Qeyd edək ki, ermənilərin dinc əhalini atəşə tutması və mülki əhalinin ziyan görməsi səbibindən AFFA-nın təşəbbüsü və UEFA-nın qərarı ilə Bakıda keçirilməli olan Azərbaycan – Kipr matçı neytral meydanda - Albaniyada keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri