13 
Okt
2020
21:53
1205
442
19700
Virtual karabakh

Millimiz Kiprlə bacarmadı - YENİLƏNİB

13 Okt, 2020
21:53
19700

Millimiz Kiprlə bacarmadı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Yığmamız Millətlər Liqasında IV turun matçına çıxıb. 

Canni de Byazinin yetirmələri C liqasının 1-ci qrupu görüşündə Kipr ilə qarşılaşıb.

Oyunda hesab açılmayıb.  

21:08

Azərbaycan - Kipr matçında ikinci hissə başlayıb. 

Hazırda oyunda hesab 0:0-dır. 

20:50

Azərbaycan - Kipr matçında ilk hissə başa çatıb. 

Oyunun ilk 45 dəqiqəsində komandalar fərqlənə bilməyiblər.

Hazırda qarşılaşmada fasilədir.

20:27

Azərbaycan - Kipr matçında millimiz penalti qazanıb. 

Oyunun 26-cı dəqiqəsində Qara Qarayev penaltidən yararlana bilmləyib.  

20:01

Azərbaycan - Kipr matçına start verilib. 

19:13

UEFA Millətlər Liqasının IV turunda üz-üzə gələcək Azərbaycan və Kipr komandalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”də çıxacaqlar:

Azərbaycan: 12. Şahrudin Məhəmmədliyev, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 13. Abbas Hüseynov 3. Azər Salahlı, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 20. İsmayıl İbrahimli, 11. Ramil Şeydayev, 22. Rəhim Sadıxov, 6. Vüqar Mustafayev

Kipr: 1. Dimitris Dimitriou, 3. Xristos Uiler, 19. Konstantinos Laifis, 2. Andreas Karo, 7. Minas Antoniu, 20. Qriqoris Kastanos, 18. Kostakis Artimatas, 8. Xaralambos Kiriaku, 21. Marinos Tzionis, 9. Dmitris Kristofi, 10. Pieros Sotiryu

Qeyd edək ki, bu gün Elbasan şəhər stadionunda oynanılacaq Azərbaycan - Kipr matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

07:57

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Yığmamız Millətlər Liqasında IV turun matçına çıxacaq. 

Canni de Byazinin yetirmələri C liqasının 1-ci qrupu görüşündə Kipr ilə qarşılaşacaq. 

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağdakı hərbi münaqişə səbəbindən milli rəqibini neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. 

Qeyd edək ki, yığmamız keçirilən üç turda 1 qələbə, iki məğlubiyyətlə üzləşib və 3 xalla üçüncü pillədə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri