14 
Okt
2020
02:07
339
35
6184
Virtual karabakh

Altı qol vurulmuş oyunda qalib müəyyənləşmədi, İspaniya Ukraynadan əliboş dönür - VİDEO

14 Okt, 2020
02:07
6184

Altı qol vurulmuş oyunda qalib müəyyənləşmədi, İspaniya Ukraynadan əliboş dönür - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millətlər Liqasında IV tura start verilib.

Oxu.Az xəbər verir ki, turun ilk oyun günündə yeddi qarşılaşma baş tutub.

C liqasında yer alan Azərbaycan yığması Kiprlə qolsuz bərabərə qalıb. 1-ci qrupun digər matçında Monteneqro öz meydanında Lüksemburqa uduzub. Səfərdə əzmkar qələbə qazanan lüksemburqlular rəqibi ilə xalları bərabərləşdirib və hətta şəxsi oyuna görə liderliyə yüksəlib.

A liqasının 4-cü qrupunda keçirilən hər iki oyun maraqlı alınıb. Lider İspaniya Kiyevdə Ukraynanın qonağı olub. Gərgin keçən matçda ukraynalılar 7-ci dəfə üz-üzə gəldiyi İspaniyanı tarixində ilk dəfə məğlubiyyətə uğradıb.

Almaniya ilə İsveçrə arasında Kölndəki matçda qapılara 6 qol vurulsa da, qalib müəyyənləşməyib – 3:3. 

Qitənin ən zəif millilərinin yer aldığı D liqasında Farer adaları Andorraya qalib gələrək, liderliyini möhkəmlədib.

Beləliklə, C liqasındakı Kiprlə yanaşı, D liqasında Andorra, Latviya və San Marinonun qrup qalibi olmaq şansı qalmayıb.

Millətlər Liqası
IV tur
13 oktyabr

A liqası
4-cü qrup

Ukrayna – İspaniya - 1:0
Qol:
Tsiqanov, 76

Almaniya – İsveçrə - 3:3
Qollar:
Verner, 29, Haverts, 55, Qnabri, 60 - Qavranoviç, 5, 57, Freuler, 27

C liqası
1-ci qrup

Azərbaycan – Kipr - 0:0

Monteneqro – Lüksemburq - 1:2
Qollar:
İvanoviç, 34 - Muratoviç, 42, Sinani, 86

D liqası
1-ci qrup

Latviya - Malta - 0:1
Qol:
Borq, 90+7

Farer adaları – Andorra - 2:0
Qollar:
Olsen, 19, 33

2-ci qrup
Lixtenşteyn – San Marino - 0:0

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri