14 
Okt
2020
09:48
148
222
4895
Virtual karabakh

Neymar Ronaldonu keçərək Braziliya millisinin heyətində bombardirlər siyahısında ikinci pilləyə yüksəldi

Peru və Braziliya milli komandaları arasında Cənubi Amerikada 2022 Dünya Kuboku seçmə mərhələsinin ikinci turunun oyunu sona çatıb. Görüş Lima şəhərində (Peru) “Nasional” stadionunda baş tutub və 4:2 hesabı ilə braziliyalıların qələbəsi ilə başa çatıb.

Görüşə Neymar öz damğasını vurub. Beləliklə, braziliyalı oyunçu 64 qol vuraraq Braziliya millisində bombardirlər siyahısında ikinci pilləyə yüksəlib. O, milli komandada 62 qolu olan Ronaldonu keçib. Siyahıya 77 qolla Pele başçılıq edir.

2022 Dünya Kubokunun növbəti seçmə oyununda Braziliya millisi Venesuela ilə qarşılaşacaq. Oyun noyabrın 12-də baş tutacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri