16 
Okt
2020
19:56
1203
64
15353
Virtual karabakh

Avropa çempionumuz bu il İtaliyada qazandığı medalı hərraca çıxarır - FOTO

16 Okt, 2020
19:56
15353

Avropa çempionumuz bu il İtaliyada qazandığı medalı hərraca çıxarır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu və dünya ikincisi Rafiq Hüseynov maraqlı təklif irəli sürüb.

Millimizin təcrübəli üzvü fevralda İtaliyanın paytaxtı Romada keçirilən qitə birinciliyində əldə etdiyi qızıl medalı auksiona çıxarmağa hazırdır:

“Hər bir idmançı üçün ən dəyərli əşya onun yarışda qazandığı medaldır. Bu il ikinci dəfə Avropa çempionu oldum. Doqquz illik fasilədən sonra qazandığım qızıl medal mənim üçün çox dəyərlidir.

Ancaq bu gün hər birimiz Vətən və ordumuza dəstək üçün fədakarlıqlara hazır olmalı, böyük qələbəyə gedən yolda əlimizdən gələni əsirgəməməliyik. Təkcə bir idmançı və Azərbaycan vətəndaşı kimi yox, həm də Sillahlı Qüvvələrin zabiti kimi Romada qazandığım və mənim üçün çox əziz olan qızıl medalı auksiona çıxarıb, medalın satışından əldə olunacaq məbləği Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürməyə hazıram”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri