18 
Okt
2020
09:08
427
60
6967
Virtual karabakh

Suares Messini geridə qoydu, Ronaldu liderliyi əldən vermədi

18 Okt, 2020
09:08
6967

Suares Messini geridə qoydu, Ronaldu liderliyi əldən vermədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Madrid “Atletiko”sunun hücumçusu Luis Suares “Selta” ilə qarşılaşmada fərqlənməklə növbəti uğura imza atıb.

Bu barədə Gazeta.ru məlumat yayıb.

“Atletiko”nun 2:0 hesablı qələbə qazandığı qarşılaşmada fərqlənən Suares bununla da İspaniya Çempionatında 150-ci qolunu vurub. Bunun üçün Suaresə 195 qarşılaşmada meydana çıxmaq kifayət edib. Beləliklə Luis Suares sözügedən göstəricidə Lionel Messini geridə qoyub.

O, bu baxımdan yalnız portuqaliyalı Kriştianu Ronaldudan geri qalıb.

Xatırladaq ki, Ronalduya 150 qol vurmaq üçün cəmi 140 oyun kifayət edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri