19 
Okt
2020
09:12
268
47
7252
Virtual karabakh

Mirça Luçesku Messi ilə Ronaldunu müqayisə etdi

19 Okt, 2020
09:12
7252

Mirça Luçesku Messi ilə Ronaldunu müqayisə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku “Barselona” nın futbolçusu Lionel Messi və “Yuventus”un hücumçusu Kriştiano Ronaldu barədə fikirlərini bölüşüb.

Qeyd edək ki, “Dinamo” Çempionlar Liqasında “Barselona” və “Yuventus”la eyni qrupda yer alıb.

“Mən baş məşqçi kimi Messi və Ronaldu ilə dəfələrlə üz-üzə gəlməli olmuşam. Tezliklə çalışdırdığım klubun oyunçuları da onlara qarşı oynamalı olacaq. Futbolçularıma onların bacarıqlarını izah etməliyəm”, - deyə  UEFA-nın rəsmi saytı M.Luçeskunun fikirlərini dərc edib.

Rumıniyalı futbol mütəxəssisi qeyd edib ki, L.Messi dar məkanda sürəti, özünə inamı və driblinqinə görə fərqlənən futbolçudur.

“Ronaldu isə fərqli oyunçudur. O, fərqlənməyi çox sevir, bu səbəbdən portuqaliyalıya geniş sahə lazımdır. Onun komanda yoldaşlarının köməyinə ehtiyacı var, Messi isə təkbaşına çox şeyi müstəqil şəkildə etmək iqtidarındadır”, - deyə M.Luşesku söyləyib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri