19 
Okt
2020
02:44
353
40
6398
Virtual karabakh

74 yaşlı misirli futbolçu rekorda imza atdı

19 Okt, 2020
02:44
6398

74 yaşlı misirli futbolçu rekorda imza atdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

74 yaşlı misirli futbolçu Əzzəldin Bahader növbəti dəfə yaşıl meydana çıxıb, peşəkar oyunda forma geyinən ən yaşlı futbolçu adına layiq görülərək, Ginnesin Rekordlar Kitabına düşüb.

Futbolçu Misirin üçüncü divizionunun matçında meydana daxil olub.

“Govoritmoskva” xəbər verir ki, Ə.Bahader ilk oyununu mart ayında keçirib, hətta penaltidən istifadə edərək, fərqlənməyi də bacarıb.

Qeyd edək ki, bundan əvvəl peşəkar oyunda forma geyinən ən yaşlı futbolçu İraq əsilli israilli futbolçu İsaak Hayik olub.

73 yaşlı qapıçı İsrailin 4-cü liqasında çıxış edən “İroni Or Yehuda”nın formasını geyinib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri