21 
Okt
2020
15:24
1600
62
6918
Virtual karabakh

Zəngilandan olan idmançımız: “Belə sevinci heç medal qazananda yaşamamışdım”

21 Okt, 2020
15:24
6918

Zəngilandan olan idmançımız: “Belə sevinci heç medal qazananda yaşamamışdım”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Doğulduğum Zəngilanın işğaldan azad edilməsi xəbərini səbirsizliklə gözləyirdim. İlk xəbəri elə ölkə başçısı İlham Əliyevdən eşitdim. Onun televiziya vasitəsilə dediyi xəbəri eşidəndə sevincimin həddi-hüdudu yox idi. Belə sevinci heç medal qazananda yaşamamışdım. Bu, başqa cür sevinc idi”.

Bunu Oxu.Az-a II Avropa Oyunlarının qalibi Asiman Qurbanlı deyib.

Zəngilanın Mincivan qəsəbəsindən məcburi köçkün olan karateçimiz tezliklə o torpaqlara ayaq basmaq istədiyini bildirib:

“27 ildir ki, həsrətində olduğumuz Zəngilanı işğaldan azad etdiyimizə görə ailəliklə sevincliyik.

Biz məcburi köçkün olanda mənim bir yaşım olub. İnşallah, Mincivanı da işğaldan azad edərik və tezliklə ora gedərik. Sizə ötən il verdiyim müsahibədə bildirmişdim ki, anam və atam ora barədə mənə yetərincə danışıb.

Evimizin şəkillərinə baxmışam. Yenə də düşünürəm ki, oraya getsəm, öz evimizi tapa biləcəyəm.

Şəhidlərimizin ailələrinə səbir diləyirəm. Bu torpaqlar onların sayəsində alınıb. Vətən uğrunda əziyyət çəkən hər bir şəxsə isə Allah güc-qüvvət versin”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri