22 
Okt
2020
11:03
168
20
3060
Virtual karabakh

“San Siro”nun işçiləri “Borussiya” klubunun futbolçusunu stadiona buraxmaqdan imtina edib - FOTO

22 Okt, 2020
11:03
3060

“San Siro”nun işçiləri “Borussiya” klubunun futbolçusunu stadiona buraxmaqdan imtina edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milan şəhərinin “San Siro” stadionunun mühafizəçiləri  “Borussiya” klubunun futbolçusu Markus Türamı Çempionlar Liqasının qrup mərhələsində “İnter”ə qarşı oynamasına mane olublar.

Bu barədə “Borussiya” klubunun rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Stadionun girişində arenanın təhlükəsizlik xidmətinin əməkdaşları oyunçunu saxlayaraq, ondan şəxsiyyətini təsdiq edən sənədini tələb ediblər.

Sənədlərinin üstündə olmadığını bildirən M.Türam “Borrusiya”nın futbolçusu olduğunu sübut etmək üçün internetdən istifadə etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, “İnter” - “Borussiya” oyunu qollu heç-heçə ilə (2:2) bitib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri