22 
Okt
2020
12:38
724
23
2634
Virtual karabakh

Elxan Məmmədov: “Qarabağ”ın Türkiyədə oynamasına icazə verilə bilər”

22 Okt, 2020
12:38
2634

Elxan Məmmədov: “Qarabağ”ın Türkiyədə oynamasına icazə verilə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” klubunun Avropa Liqasında keçirəcəyi ev oyunu üçün alternativ ölkə seçimi ilə bağlı AFFA-nın UEFA ilə danışıqları davam edir. UEFA-nın əvvəlki tövsiyələri barədə ictimaiyyətə məlumat verilib”.

Bunu Report-a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Milli assosiasiya rəsmisi bildirib ki, danışıqlarda AFFA Türkiyə variantının üzərində təkid edir:

“Apardığımız təhlillərə əsasən, oyunun Türkiyədə təşkil olunmasına icazə verilə bilər. Lakin UEFA hələ yekun qərar qəbul etməyib. Ümid edirik ki, yaxın günlərdə UEFA qərarını açıqlayacaq və bizim təklifimiz qəbul olunacaq”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da İspaniya “Vilyarreal"ına qarşı keçirməlidir. Bu gün isə Azərbaycan təmsilçisi İsrailin paytaxtı Təl-Əvivdə “Makkabi”nin qonağı olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri