22 
Okt
2020
17:18
126
174
3537
Virtual karabakh

“Barselona” Fatiyə görə jurnalisti məhkəməyə verəcək

22 Okt, 2020
17:18
3537

“Barselona” Fatiyə görə jurnalisti məhkəməyə verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona” klubu ABC nəşrini və onun jurnalisti Salvador Sostresi məhkəməyə verməyə hazırlaşır.

Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Klubdan verilən informasiyaya görə, media təmsilçisi Çempionlar Liqası qrup mərhələsinin ilk turunda Budapeştin “Ferentsvaroş”a qarşı oyununda “Barselona”nın yarımmüdafiəçi Ansu Fati haqqında irqçi ifadələrdən istifadə edib.

Şərhçi A.Fatinin meydanda qaçışını Barselona şəhərinin Paseo-de-Qrasia prospektində qanunsuz ticarətlə məşğul olan qaradərili alverçinin polisdən qaçması ilə müqayisə edib.

Qeyd edək ki, “Barselona” - “Ferentsvaroş” oyunu meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə bitib.

Bu oyunda “Barselona”nın qollarından birini 17 yaşlı A.Fati vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri