23 
Okt
2020
23:00
1299
12
5135
Virtual karabakh

Azərbaycanlı cüdoçu medal qazanıb, hərbi salam verdi - FOTO

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.

Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən nüfuzlu yarışın ilk günündə Azərbaycan cüdoçusu Orxan Səfərov bürünc medal qazanıb. 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Niderland, Gürcüstan və Monqolustan təmsilçilərinə qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə rusiyalı Yakub Şamilova uduzan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Özbəkistan nümayəndəsi Sardor Nurillayevi məğlub edib.

Beləliklə, Orxan Səfərov Macarıstan yarışını bürünc medalla başa vurub. O, qələbəsini hərbi salam verməklə bayram edib. Qeyd edək ki, bu gün Budapeştdə Kəramət Hüseynov, Davud Məmmədsoy, Aişə Qurbanlı, Leyla Əliyeva, Gültac Məmmədəliyeva və Nicat Şıxəlizadə tatami üzərinə çıxıblar. Cüdoçularımızdan ən yaxşı nəticəni yeddinci yeri tutan Gültac Məmmədəliyeva (52 kq) göstərib. 61 ölkədən 409 cüdoçunun mübarizə apardığı mötəbər yarışa oktyabrın 25-i yekun vurulacaq.

Onu da bildirək ki, bu, cüdoçularımızın martdan bəri çıxış etdiyi ilk beynəlxaq turnirdir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri