24 
Okt
2020
15:28
238
30
1641
Virtual karabakh

“Mançester Yunayted” Pol Poqba ilə yeni müqavilə imzalamaq istəyir

24 Okt, 2020
15:28
1641

“Mançester Yunayted” Pol Poqba ilə yeni müqavilə imzalamaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Mançester Yunayted” klubu fransalı yarımmüdafiəçi Pol Poqba ilə yeni müqavilə imzalamaq istəyir.

Bu barədə ESPN xəbər yayıb.

Klub Poqba ilə uzunmüddətli müqavilə planlaşdırır, eyni zamanda, “Mançester Yunayted” maliyyə tarazlığını pozmamaq üçün futbolçuya həddən artıq maaş təklif etmək istəmir.

Bununla yanaşı, klub rəhbərliyi 27 yaşlı fransızın maaşını mümkün olan həddə qədər artırmağa hazırdır. İndi Poqba həftədə 297 min avro qazanır. Tərəflər razılığa gəlməsələr, onda “Mançester Yunayted” Poqbanın hazırkı müqaviləsinin bitməsinə qədər gözləməyə razıdır - bu, 2022-ci ildə baş verəcək.

Paul Poqba 2016-cı ilin yayında İtaliyanın “Yuventus” klubundan “Mançester Yunayted”ə qayıdıb. O, “Mançester Yunayted”in tərkibində 2017-ci ildə Avropa Liqasının qalibi olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri