25 
Okt
2020
02:40
325
30
3782
Virtual karabakh

Mançester təmsilçiləri xal itirdi, “Liverpul”dan əzmkar qələbə

25 Okt, 2020
02:40
3782

Mançester təmsilçiləri xal itirdi, “Liverpul”dan əzmkar qələbə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasında VI turun növbəti oyunları keçirilib.

İkinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Mançester Yunayted” “Çelsi” ilə qolsuz bərabərliyə razılaşıb.

“Mançester Siti” də xal itirib. Bu oyunda “şəhərlilər” “Vest Hem”lə qollu heç-heçəyə imza atıb.

“Kristal Pelas” səfərdə “Fulhem” üzərində qələbə qazanıb.

“Liverpul” isə “Şeffild Yunayted”lə matçda məğlub duruma düşsə də, qalib gələ bilib.

Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.

İngiltərə Premyer Liqası

VI tur

24 oktyabr

“Vest Hem” – “Mançester Siti” – 1:1
Qollar:
Antonio, 18 – Foden, 51

“Fulhem” – “Kristal Pelas” – 1:2
Qollar:
Kaymey, 90 - Ridevald, 8, Saa, 64

“Mançester Yunayted” – “Çelsi” – 0:0

“Liverpul” – “Şeffild Yunayted” – 2:1
Qollar:
Firimino, 41, Yota, 64 - Berqe, 13 (pen.)

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri