25 
Okt
2020
08:11
1905
27
5244
Virtual karabakh

Rüstəm Orucov: “Qazandığım mükafatı əsgər və zabit qardaşlarımıza göndərəcəm”

25 Okt, 2020
08:11
5244

Rüstəm Orucov: “Qazandığım mükafatı əsgər və zabit qardaşlarımıza göndərəcəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu medalı şəhidlərimizə həsr edirəm”.

“Report” xəbər verir ki, bu fikirləri ötən gün Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanan Azərbaycan idmançısı Rüstəm Orucov deyib.

“Burada qazandığım mükafatı inşallah əsgər və zabit qardaşlarımıza göndərəcəm. Qarabağ Azərbaycandır”, - deyə o əlavə edib.

Qeyd edək ki, cüdoçumuz nüfuzlu yarışda Monqolustan, Bolqarıstan, Rusiya, İsveç təmsilçilərinə qalib gələrək finala çıxıb.

R.Orucov qızıl medal uğrunda qarşılaşmada İsveçrə nümayəndəsi Nils Stampı məğlub edərək əsgər salamı verib. Beləliklə, Azərbaycan təmsilçisi Macarıstan yarışını fəxri kürsünün ən yüksək pilləsində başa vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri