29 
Okt
2020
02:05
345
51
9135
Virtual karabakh

Ronaldusuz “Yuventus” Messili “Barselona” ilə bacarmadı: “Mançester Yunayted”dən darmadağın

29 Okt, 2020
02:05
9135

Ronaldusuz “Yuventus” Messili “Barselona” ilə bacarmadı: “Mançester Yunayted”dən darmadağın

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib. 

Oxu.Az xəbər verir ki, Türkiyə təmsilçisi “Başakşəhər” öz meydanında Fransa PSJ-si ilə bacarmayıb - 0:2.

Günün mərkəzi qarşılaşması isə Turində baş tutub. Kriştianu Ronaldunun koronavirusa yoluxma səbəbindən iştirak etmədiyi qarşılaşmada “Yuventus” Barselona” ilə üz-üzə gəlib. Bu oyunda Katalon təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Matçda “Yuventus”un hücumçusu Alvaro Morata üç qol vursa da, hakim hər üç epizodda oyundankənar vəziyyət olduğunu bildirib və qollar qeydə alınmayıb. 

Digər qarşılaşmaların nəticələrini təqdim edirik:

“Krasnodar - “Çelsi - 0:4

“Brügge” - “Latsio” - 1:1

“Sevilya” - “Renn” - 1:0

“Dortmund” - “Zenit” 2:0

“Ferensvaroş” - “Dinamo Kiyev” - 2:2

“Mançester Yunayted” - “Leypsiq” - 5:0.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri