29 
Okt
2020
16:32
2697
32
13663
Virtual karabakh

Ronaldinyodan Azərbaycana dəstək - VİDEO

29 Okt, 2020
16:32
13663

Ronaldinyodan Azərbaycana dəstək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Ronaldinyo Azərbaycana dəstək olub.

40 yaşlı veteran yaydığı videoda tezliklə yenidən ölkəmizə qayıtmaq istədiyini bildirib:

“Azərbaycandan olan bütün insanlara salam göndərmək istəyirəm. Qoy hər kəs (məcburi köçkünləri nəzərdə tutur – S.M.) salamat evlərinə qayıtsın. Azərbaycanda mən çox gözəl qarşılandım və tezliklə ora qayıtmağı arzulayıram”.

Qeyd edək ki, Ronaldinyo 2016-cı ilin oktyabrında Bakıya “Qəbələ” klubunun sabiq prezidenti Tale Heydərovun dəvəti ilə gəlib. Bakı Olimpiya Stadionunda onun keçirdiyi mətbuat konfransında məlum olub ki, paytaxtımızda Ronaldinyonun adına futbol akademiyası açılacaq.

Ötən ilin sonlarında Tale Heydərov bir məqaləsində həmin akademiyanın bu ilin əvvəlində açılacağını desə də, koronavirus pandemiyası səbəbindən açılış baş tutmayıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri