30 
Okt
2020
13:42
454
162
4456
Virtual karabakh

UFC prezidenti: “Həbib geri qayıdıb 30-cu qələbəsini qazana bilər”

30 Okt, 2020
13:42
4456

UFC prezidenti: “Həbib geri qayıdıb 30-cu qələbəsini qazana bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UFC prezidenti Dana Uayt “CBS Sports Radio”nun efirində Həbib Nurməhəmmədovun karyerasını bərpa edəcəyini gözlədiyini bildirib.

Xatırladaq ki, 32 yaşlı rusiyalı döyüşçü ABŞ idmançısı Castin Qetjiyə qalib gəldikdən sonra karyerasını bitirdiyini elan edib.

“Mən döyüşdən sonra Həbib və komandası ilə danışdım, onlar emosiyalara qərq olmuşdular. O, geri qayıdıb 30-cu qələbəsini qazana bilər. Mən bunu səbirsizliklə gözləyirəm.

Onun atası belə olmasını istəyirdi. Onun geri dönüşü necə olacaq? Hələ bilmirəm, heç kim bilmir”, - deyə D.Uayt bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri