18 
Noy
2020
01:43
236
23
6568
Virtual karabakh

Almaniyadan biabırçı məğlubiyyət, Latviya və Monteneqrodan darmadağın

18 Noy, 2020
01:43
6568

Almaniyadan biabırçı məğlubiyyət, Latviya və Monteneqrodan darmadağın

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin son turuna start verilib. 

Oxu.Az xəbər verir ki, ilk oyun günündə səkkiz qarşılaşma baş tutub. 

Günün ən gözlənilməz hesabı A liqasında qeydə alınıb. İspaniya yığması doğma meydanda Almaniya üzərində 6:0 hesablı qələbəyə sevinib. 

Bundan başqa, Fransa İsveçdən üstün olub - 4:2. Portuqaliya rəqib meydanında Xorvatiya üzərində çətin qələbə qazanıb - 3:2.

C liqasında Luksenburq və Azərbaycan yığmaları da qrup mərhələsinin son matçında qolsuz heç-heçəyə razı olublar. Monteneqro isə Kiprə aman verməyib - 4:0.

D liqasında Latviya rəqib meydanda Andorranın qapısından beş cavabsız top keçirib. Cəbəllütariq - Lixtenşteyn, Malta - Farer adaları qarşılaşmaları eyni hesabla bitib - 1:1. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri