18 
Noy
2020
15:22
249
79
3537
Virtual karabakh

“Barselona” klubunun texniki işçiləri Messinin klubdan getməsini istəyib

18 Noy, 2020
15:22
3537

“Barselona” klubunun texniki işçiləri Messinin klubdan getməsini istəyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona” klubunun ofisində işləyən əməkdaşlardan biri mətbuata açıqlamasında bildirib ki, Lionel Messinin Kataloniya klubunda qalması texniki işçilərin narazılığına səbəb olub.

Bu barədə “Fourfourtwo” nəşri məlumat yayıb.

“Messinin klubda qaldığını biləndən sonra üzüldük. Hamı narahat oldu. Biz bilirdik ki, Messinin maaşını ödəmək üçün daha çox işçi ixtisara düşəcək.

Mən Messini çox istəyirəm, klub və bütün futbol üçün etdiklərini qiymətləndirirəm, amma daha da çox ailəmi və “Barselona”da işləməyi sevirəm”, - deyə “Barselona”nın ofisinin əməkdaşı qeyd edib. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri