21 
Noy
2020
20:47
702
15
2949
Virtual karabakh

Avropa çempionatı başa çatdı: Cüdo millimiz son gündə üç medal qazandı

21 Noy, 2020
20:47
2949

Avropa çempionatı başa çatdı: Cüdo millimiz son gündə üç medal qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan daha üç medal qazanıb.

Məmmədəli Mehdiyev (-90 kq) bürünc medal uğrunda görüşdə Sloveniyadan olan Türkiyə təmsilçisi Mixael Jqankı (Mikael Özərlər) məğlub edib. Bununla da Məmmədəli üçüncü dəfə (bunlardan biri komanda yarışında olub – S.M.) Avropa çempionatının bürünc medalını qazanıb.

Yığmanın Rusiyadan olan milliləşdirilmiş üzvü Zelim Kotsoyev (-100 kq) isə Boris Georgiyevə (Bolqarıstan) qalib gələrək bürünc medala yiyələnib. Həmin çəkidə Elmar Qasımov isə bundan əvvəl Georgiyevə uduzaraq medal şansını itirib.

Həmçinin Gürcüstandan olan milliləşdirilmiş cüdoçumuz Uşanqi Kokauri (+100 kq) ilk görüşündə Tamerlan Başayevə (Rusiya) uduzaraq mübarizəni dayandırıb.

Qadınların yarışında dünya və Avropa mükafatçısı olmuş yığmanın daha bir milliləşdirilmiş idmançısı İrina Kindzerskaya (+78 kq) finalda Roman Diko (Fransa) ilə qarşılaşıb və ippona düşərək uduzub. Bununla belə, gümüş medal İrina üçün Minskdəki II Avropa Oyunlarındakı nəticəsini (bürünc medal qazanmışdı) yaxşılaşdırmaq imkanı verib.

Qeyd edək ki, bununla da azarkeşsiz keçirilən cüdo üzrə Avropa çempionatı başa çatıb. Komandamız 5 – 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Daha əvvəl Orxan Səfərov (-66 kq) qızıl və Rüstəm Orucov (-73 kq) bürünc medallar qazanıb.   

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri