23 
Noy
2020
14:14
15
214
2068
Virtual karabakh

Araz Abdullayev Türkiyədə koronavirusdan qaça bilmədi

23 Noy, 2020
14:14
2068

Araz Abdullayev Türkiyədə koronavirusdan qaça bilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin I divizion klubu “Boluspor”da koronavirusa yoluxma kütləvi hal almağa davam edir.

İki gün əvvəl “Ankaraspor”la matça komanda 12 futbolçusu olmadan çıxıb. Bunlardan doqquz futbolçu koronavirusa yoluxma səbəbi ilə karantinə alınıb. Buna baxmayaraq, həmin matçın son dəqiqələrində iki qol vuran “Boluspor” rəqibinə 2:0 hesabı ilə qalib gəlməyi bacarıb və 10 tur ərzində ilk qələbəsini qazanıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yoluxan futbolçular arasında Araz Abdullayev də var. Məhz bu səbəbdən futbolçu millimizin də Sloveniya, Monteneqro və Lüksemburqla matçlarına çağrılmayıb. Həmçinin, o, klubunun son qələbəsi zamanı heyətdə yer almayıb. 

Qeyd edək ki, sentyabrda “Boluspor”a keçən Araz Abdullayev bu komandada dörd oyuna çıxıb. Onun komandası hazırda 7 xalla 15-ci sırada qərarlaşıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri