23 
Noy
2020
19:39
657
11
1464
Virtual karabakh

Orxan Səfərov dünya reytinqində irəlilədi, Olimpiadaya gedir

Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatının ardınca cüdoçuların dünya reytinqi açıqlanıb.

Dörd cüdoçumuz öz çəkisində “Top-10”da, dördü isə ikinci “onluq”da yer alıb.

Praqada bürünc medal qazanan Rüstəm Orucov (-73 kq) xal hesabını 6575-ə çatdırıb. Bir pillə irəliləyən təmsilçimiz reytinq cədvəlinin zirvəsinə yüksəlib.

Avropa çempionatında gümüşə yiyələnən İrina Kindzerskaya (+78 kq) bir pillə yüksəlib. Ukraynalı legionerimiz 5464 xalla dördüncü yerə qalxıb.

Avropa üçüncüsü Məmmədəli Mehdiyev (-90 kq) 5-ci pillədə qalıb – 4309 xal. Praqada uğursuz çıxış edən Elmar Qasımovun (-100 kq) da mövqeyi dəyişməyib. O, 3994 xalla 10-cudur.

Digər cüdoçularımız “onluq”dan kənarda qalıb. Koronavirusa yoluxduğu üçün Avropa çempionatına aparılmamış Hidayət Heydərov (-81 kq) 1 pillə geriləyərək 83-cü yerə düşüb. Həmin çəkidə Murad Fətiyev 1416 xalla 39-cü yerə enib. Bürünc medal qazansa da, Zelim Kotsoyev (-100 kq) 3267 xalla 13-cü yerə düşüb.

Avropa çempionu Orxan Səfərov (-66 kq) 6 pilləlik sıçrayışa nail olub. O, 2776 xalla 16-cı sırada yer alıb. Həmin çəkidə çıxış edən Nicat Şıxəlizadə isə iki pillə geriləyib. Bu nəticə ilə Olimpiadaya Orxan Səfərov lisenziya qazanmış sayılır.

Mövqeyini iki pillə pisləşdirən Uşanqi Kokauri (+100 kq) 2518 xalla 19-cudur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri