25 
Noy
2020
11:44
42
239
5189
Virtual karabakh

MMA döyüşçüsü İslam Abbasov “yol davası”na görə vacib döyüşə qatıla bilməyəcək - VİDEO

25 Noy, 2020
11:44
5189

MMA döyüşçüsü İslam Abbasov “yol davası”na görə vacib döyüşə qatıla bilməyəcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MMA döyüşçüsü rusiyalı İslam Abasov “yol davası”na görə polis bölməsinə aparılıb.

Bildirilir ki, hadisə Moskvada baş verib.

Münaqişə maşınların bir-birinə yol verməməsi səbəbindən başlayıb; tərəflərin söz davası əlbəyaxaya çevrilib. Polis davada iştirak edənlərin hamısını polis bölməsinə aparıb. Yoxlamalara başlanılıb.

Bu barədə “Mash” “Telegram” kanalı görüntülər yayımlayıb.

Məlumata görə, bu hadisə İslam Abbasova baha başa gəlib. Belə ki, o, Sinqapurda vacib döyüşə qatıla bilməyəcək.

Dekabrın 4-də o, həmyerlisi Anatoli Malxini əvəz edərək, iranlı Əmir Əliəkbərlə qarşılaşmalı idi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri