25 
Noy
2020
14:53
129
12
2432
Virtual karabakh

İlin ən yaxşı məşqçisi və futbolçusu adına namizədlərin siyahısı açıqlandı

25 Noy, 2020
14:53
2432

İlin ən yaxşı məşqçisi və futbolçusu adına namizədlərin siyahısı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyasının birgə təsis etdikləri “Globe Soccer Awards-2020”yə namizəd futbolçuların və baş məşqçilərin siyahısı açıqlanıb.

Məlumat qurumun rəsmi saytında dərc edilib.

İlin oyunçusu mükafatına namizədlər arasında “Yuventus”un hücumçusu Kriştianu Ronaldu, İspaniya “Barselona”sından Lionel Messi, Almaniya “Bavariya”sından Robert Levandovski və Serj Qnabri, Madridin “Real” klubundan Kərim Benzema, “Liverpul”dan Sadio Manenin adı var.

2020-ci ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısında isə Hans-Diter Flik (“Bavariya”), Can Pyer Qasperini (“Atalanta”), Xulen Lopetegi (“Sevilya”), Yurqen Klopp (“Liverpul”) və Tomas Tuxellin (PSJ) ismi var.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri