27 
Noy
2020
14:18
182
13
3163
Virtual karabakh

“Neftçi”nin sabiq futbolçusu Maradona ilə bağlı xatirəsini paylaşdı - FOTO/VİDEO

27 Noy, 2020
14:18
3163

“Neftçi”nin sabiq futbolçusu Maradona ilə bağlı xatirəsini paylaşdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin sabiq futbolçusu, hazırda “Sabah” klubunda Müşahidə Şurasının üzvü olan İqor Ponomaryov iki gün əvvəl dünyasını dəyişmiş əfsanəvi Dieqo Maradona ilə bağlı xatirəsini paylaşıb.

O, “Facebook” paylaşımında 1979-cu ilin 7 sentyabrında Yaponiyanın paytaxtı Tokioda keçirilmiş yeniyetmələr arasında dünya çempionatının finalını xatırladıb.

Ponomaryov Argentina – SSRİ matçının 76-cı dəqiqəsində cərimə zərbəsindən qol vurmuş Dieqo Maradonanın sevinc anını paylaşıb.

Qeyd edək ki, həmin matçda hesabı 52-ci dəqiqədə İqor Ponomaryov açıb (o həmin mundialda dörd qol vurub – S.M.). Bundan sonra üç qol vuran Argentina millisi 3:1 qalib gələrək yeniyetmələr arasında dünya çempionu olub. Mundialda altı qol vurmuş və komanda yoldaşı Ramon Diasdan (səkkiz qol vurub – S.M.) sonra ikinci bombardir olmuş yeniyetmə Dieqo Maradona isə həmin dünya çempionatının Qızıl Top mükafatını qazanıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri