27 
Noy
2020
20:50
504
14
2136
Virtual karabakh

Azərbaycanın iki gimnastı Avropa çempionatının finalına yüksəldi

27 Noy, 2020
20:50
2136

Azərbaycanın iki gimnastı Avropa çempionatının finalına yüksəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan gimnastları Nərmin Bayramova və Alina Gözəlova Ukraynanın paytaxtı Kiyevdə keçirilən bədii gimnastika üzrə 36-cı Avropa çempionatının finalına yüksəliblər.

Bu gün yarışma çərçivəsində onlar “gənclər” yaş kateqoriyasında fərdi proqramda gürzlər və lent ilə hərəkətlərdə çıxış ediblər.

Yarışmanın yekunu olaraq Nərmin Bayramova 20.675 xal toplayaraq lentlə hərəkət üzrə Avropa çempionatının final mərhələsinə çıxıb. Alina Gözəlova 22.000 xal toplayaraq gürzlərlə hərəkətlərdə çempionatın finalına yüksəlib.

İlona Zeynalovanın bugünkü nəticəsi: gürzlərlə hərəkətlərdə - 20.700, lentlə hərəkətlərdə - 18.200 xal.

Xatırladaq ki, dünənki təsnifat mərhələsinin yekunlarına əsasən Alina Gözəlova topla, Nərmin Bayramova iplə hərəkətlərdə çempionatın finalına çıxıb.

Qeyd edək ki, bədii gimnastika üzrə Avropa çempionatı 26-29 noyabr tarixlərində keçirilir. Azərbaycanı çempionatda 11 gimnast təmsil edir.

Gənclər kateqoriyasında fərdi proqramda Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova və İlona Zeynalova iştirak edəcək.

Böyüklər kateqoriyasında Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, qrup hərəkətlərdə isə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina təmsil edəcək.

Bədii gimnastika üzrə 36-cı Avropa çempionatında 23 ölkədən olan idmançılar iştirak edirlər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri