27 
Noy
2020
22:11
463
18
2295
Virtual karabakh

Azərbaycan millisi Avropa çempionatında iki medal qazandı - FOTO

27 Noy, 2020
22:11
2295

Azərbaycan millisi Avropa çempionatında iki medal qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın paytaxtı Kiyevdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan iki medal qazanıb.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup komandamız dünən və bu günkü çıxışının cəmində 66,300 xal toplayıb. Bu, millimizin İsraildən (67,575) sonra ikinci yeri tutub gümüş medal qazanmasına səbəb olub. Bürünc medalları isə meydan sahibi Ukrayna (63,700) qazanıb.

Həmçinin yeniyetmələr və qrup komandalar arasındakı ümumi nəticəyə görə də Azərbaycan millisi medal qazanıb. Ümumilikdə 226,175 xal qazanan millimiz Ukrayna və İsraildən sonra bürünc medalla mükafatlandırılıb.

Qeyd edək ki, sabah Bakı vaxtı ilə saat 15:00-da yeniyetmələrdə final mərhələsinə start veriləcək. Azərbaycanı burada Nərmin Bayramova (ip və lent) və Alina Gözəlova (top və gürz) təmsil edəcək. Saat 18:00-da isə qrup komandalarının final mərhələsi başlayacaq. Burada azərbaycanlı qrup oyunçularının daha iki medal qazanmaq şansı var. 

Onu da bildirək ki, koronavirus pandemiyası səbəbindən və Tokio Yay Olimpiya Oyunlarına lisenziya vermədiyindən, budəfəki Avropa çempionatına cəmi 23 ölkə qatılıb. Rusiya kimi aparıcı ölkənin qatılmadığı qitə birinciliyinin qrup komanda yarışlarında cəmi 6 ölkə mübarizə aparır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri