28 
Noy
2020
19:33
178
20
3484
Virtual karabakh

“Brayton” – “Liverpul” oyununda dramatik anlar: İki penalti, iki sayılmayan qol - VİDEO

28 Noy, 2020
19:33
3484

“Brayton” – “Liverpul” oyununda dramatik anlar: İki penalti, iki sayılmayan qol - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının X turunun “Brayton” – “Liverpul” oyunu dramatikliyi ilə seçilib.

“Brayton”un fransalı hücumçusu Nil Mope 20-ci dəqiqədə penaltini kənara vurmaqla qaçırıb. Daha sonra 34-cü dəqiqədə qonaqların misirli futbolçusu Məhəmməd Salahın qolu oyundankənar vəziyyətə görə sayılmayıb.

Bununla belə, 60-cı dəqiqədə Salahın ötürməsilə portuqaliyalı Dioqu Jota Premyer Liqada “Liverpul” forması ilə 5-ci qolunu vurub. 84-cü dəqiqədə seneqallı Sadio Manenin vurduğu qol da VAR-a baxıldıqdan sonra sayılmayıb.

Lakin oyuna əlavə olunmuş dəqiqədə VAR-a baxıldıqdan sonra “Liverpul”un şotlandiyalı sol cinah müdafiəçisi Endryu Robertsonun penaltiyə səbəb olduğu bilinib. Almaniyalı baş məşqçi Yürqen Kloppun həmyerlisi Paskal Qross 90+3-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirib – 1:1.

Beləliklə, lider “Liverpul” səfərdən xal itkisi ilə qayıdır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri