28 
Noy
2020
23:45
357
21
6964
Virtual karabakh

Üç azərbaycanlıya CEV-də vəzifə verildi - FOTO

28 Noy, 2020
23:45
6964

Üç azərbaycanlıya CEV-də vəzifə verildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üç azərbaycanlı mütəxəssis Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin dünən keçirilmiş ilk iclasından sonra komissiya üzvü seçiliblər.

Azərbaycan Voleybol Federasiyasından (AVF) verilən məlumata görə, CEV İdarə Heyətinin üzvü, Cəlil Cəfərovun da iştirak etdiyi iclasda 2020-2024-cü illərdə fəaliyyət göstərəcək komissiyaların tərkibi müəyyənləşib.

AVF-nin 3 namizədi – Regional İnkişaf Mərkəzinin direktoru Nərgiz İsmayılova Avrokuboklar Komissiyasına, AVF-nin həkimi Vüsalə Kazımova Avropa Tibb Komissiyasına, AVF-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mixail Frişman Avropa İdman Təşkilatı Komissiyasına üzv seçilib.

Qeyd edək ki, oktyabrın 16-da Avstriyanın paytaxtı Vyanada baş tutan 41-ci Baş Assambleyada AVF-nin baş katibi Cəlil Cəfərov CEV İdarə Heyətinə üzv seçilib. Xüsusilə C.Cəfərovun həlledici mərhələdə CEV prezidentliyinə namizədliyini irəli sürən, lakin uduzan estoniyalı Hanno Pevkura 12 səs fərqi ilə qalib gəlməsi ölkəmizin beynəlxalq qurumdakı nüfuzunun sayəsində reallaşıb. Cəlil Cəfərovun CEV İdarə Heyətinə üzv seçilməsi voleybol tariximizə ilk kimi düşüb. 

COVID-19 səbəbindən ölkəmizdə karantin elan edildiyindən, idman yarışları və məşqlər keçirilmir. Amma AVF-nin prezidenti Cavid Qurbanovun tapşırığı ilə ölkəmizdə voleybolun daha da inkişaf etməsi, xüsusilə Qarabağda kütləviləşməsi istiqamətində işlərə tezliklə start veriləcək. Xüsusi layihələrlə doğma idman növümüz ölkəmizdə daha da populyarlaşacaq və həmişəki kimi meydanda əsas hədəfimiz qələbə olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri