29 
Noy
2020
12:00
138
20
1573
Virtual karabakh

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

29 Noy, 2020
12:00
1573

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.

Report xəbər verir ki, günün ilk matçında “Keşlə” “Sabah”la üz-üzə gələcək.

10 turdan sonra “Keşlə” 12 xalla 5-ci, “Sabah” isə 9 xalla altıncı pillədə qərarlaşıb.

Komandalar indiyədək Premyer Liqada yeddi dəfə üz-üzə gəliblər. Bunların dördündə “Keşlə”, birində qonaqlar meydanı 3 xalla tərk edib. İki görüşdə isə qalib müəyyənləşməyib. Topların nisbətində də “Keşlə”nin üstünlüyü var - 10:4.

Günün ikinci matçında son çempion “Qarabağ” “Səbail”in qonağı olacaq. Hazırda Ağdam klubu 18 xalla ikinci, paytaxt təmsilçisi isə yeddincidir. Bu görüş tərəflərin çempionatda 12-ci dueli olacaq.

Əvvəlki 11 matçın 10-da bölgə klubu qələbəyə sevinib. “Səbail” yalnız texniki qələbə sayəsində rəqibini məğlub edə bilib. Topların nisbətində də Ağdam təmsilçisinin aşkar üstünlüyü var - 19:1.

29 noyabr
Azərbaycan Premyer Liqası, XI tur
14:00. “Keşlə” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“ASK Arena”

16:00. “Səbail” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“ASCO Arena”

Qeyd edək ki, XI tura noyabrın 30-da keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı ilə yekun vurulacaq. İlk oyun günündə “Neftçi” evdə “Zirə” ilə qolsuz heç-heçə edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri