29 
Noy
2020
16:35
137
22
853
Virtual karabakh

“Keşlə” “Sabah”la heç-heçə etdi

29 Noy, 2020
16:35
853

“Keşlə” “Sabah”la heç-heçə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Report xəbər verir ki, “Keşlə” “ASK Arena”da “Sabah”la heç-heçə edib - 1:1.

Görüşdə bütün qollar ikinci hissədə vurulub. 54-cü dəqiqədə meydan sahibləri azlıqda qalıb. Con Kamara qırmızı vərəqə alaraq, meydandan qovulub.

4 dəqiqə sonra qonaqlar Kevin Kubembanın qolu ilə hesabı açıb. 85-ci dəqiqədə isə Sezar Meza Kolli tarazlığı bərpa edib. Bu heç-heçədən sonra xallarının sayını 13-ə çatdıran “Keşlə” 5-ci pillədə qalıb. Masazır təmsilçisi isə 10 xalla 6-cı sıradakı mövqeyini qoruyub.

Qeyd edək ki, turun ilk oyununda “Neftçi” evdə “Zirə” ilə qolsuz heç-heçə edib. Bu günün ikinci matçında “Qarabağ” “Səbail”in qonağı olacaq. Tura sabah keçiriləcək “Sumqayıt” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri