30 
Noy
2020
18:00
321
127
6165
Virtual karabakh

Taysondan etiraf: “Consonla döyüşdən əvvəl marixuana istifadə etdim” - VİDEO

30 Noy, 2020
18:00
6165

Taysondan etiraf: “Consonla döyüşdən əvvəl marixuana istifadə etdim” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayk Tayson həmyerlisi Roy Cons ilə rinqə çıxmazdan əvvəl marixuana istifadə edib.

“The New York Post”un məlumatına görə, bu barədə amerikalı boksçu özü etiraf edib.

“Əlbəttə, mən döyüşdən əvvəl çəkdim. Özümü saxlaya bilmirəm”, - deyə 54 yaşlı idmançı vurğulayıb.

O, bunun ona pis təsir etmədiyi üçün heç bir zaman narkotiki atmağı düşünmədiyini bildirib.

“Bu, mənim etmək istədiyim işdir, bunun izahı yoxdur. Bu, bitməyəcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, Taysonla Cons noyabrın 29-da qarşılaşıb. Onların döyüşü heç-heçə bitib. Hər iki idmançı nəticələrdən narazı qalıb. Onlar təkrar döyüşmək istədiklərini bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri