30 
Noy
2020
12:44
264
17
1866
Virtual karabakh

Qara Qarayev: “Stadiona ayaq basanda ilk hücum Hikmət Hacıyevdən gəldi” - VİDEO

30 Noy, 2020
12:44
1866

Qara Qarayev: “Stadiona ayaq basanda ilk hücum Hikmət Hacıyevdən gəldi” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“27 ildir gedə bilmədiyimiz yolu 10 dəqiqəyə getdik”.

Bu sözləri “Qarabağ”ın və Azərbaycan yığmasının futbolçusu Qara Qarayev AZTV-nin səhər proqramında qonaq olarkən bildirib.

Q.Qarayev Ağdam səfərindən, oradakı təəssüratlarından danışıb:

“Ayağımı ilk torpağa basanda hiss etdim ki, nə qədər dağıdılsa da, Vətən tikililəri ilə, bər-bəzəkləri ilə Vətən olmur, torpağı ilə Vətən olur. Önəmli olan torpağımızın işğaldan azad olunmasıdır. Canı-qanı bahasına vuruşan əsgərlərimizə təşəkkür etməyi özümə borc bilirəm, şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Ağdam Cümə Məscidində namaz qıldıq, sonra Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət etdik. İnanıram ki, bundan sonra “Qarabağ” öz ev oyunlarını doğma məkanda, Ağdamda keçirəcək”.

Q.Qarayev Ağdamda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə oynadıqları simvolik matçdan da danışıb:

“Stadiona ayaq basanda ilk hücum Hikmət Hacıyevdən gəldi. Bizdən soruşdu ki, top gətirməmisiz? Təbii ki, biz topsuz getməzdik. “İmarət”də ilk olaraq onunla futbol oynadıq. Hikmət müəllimin bu istəyi məni yaxşı mənada çox təəccübləndirdi. Özü də qeyd etdi ki, futbolu ona “Qarabağ” sevdirdi”. 

Ətraflı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri